Jirinovski ABŞ-ı "beynəlxalq quldur" adlandırdı - Türkiyəyə görə

Abunə olmaq
Rusiyanın rəsmi kanalında canlı yayımda danışan Jirinovski deyib ki, Türkiyənin rahibi həbs etməsi ABŞ-ı əsəbləşdirib

BAKI, 15 avqust — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ABŞ-ın Türkiyədə ev dustaqlığında saxlanılan Endryu Bransonun azadlığa buraxılması üçün Ankaraya tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyanın rəsmi kanalında canlı yayımda danışan Jirinovski deyib ki, Türkiyənin rahibi həbs etməsi ABŞ-ı əsəbləşdirib.

"Bütün dünyanı dollar kazinosuna çeviriblər. Bu kazinonu bağlamağımız lazımdır. Və bundan qurtulmağımız lazımdır. ABŞ bütün dünyanı cəzalandırır. İndi ABŞ bir rahibə görə, Türkiyəni yıxmağa çalışır. Bu mümkündürmü? Dünya da bunu izləyir. Bunlar beynəlxalq quldurdur" – deyə Jirinovski əlavə edib.

Xəbər lenti
0