Faciə nəticəsində ölənlərin sayı artır, matəm elan olundu

© REUTERS / Massimo Pincaİtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması
İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər rəhbərliyinin yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində ölənlərin sayı arta bilər

BAKI, 15 avqust — Sputnik. İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

Ölənlərdən üçü 8, 12 və 13 yaşlı uşaqlardır. Ümumilikdə, insident nəticəsində 16 nəfər ciddi xəsarət alıb.

Şəhər rəhbərliyinin yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində ölənlərin sayı arta bilər. Çünki hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Genuya şəhərinin meriyası faciə ilə bağlı 2 günlük matəm elan edib.

Xəbər lenti
0