Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Ərəb turistlər Azərbaycana həm də biznes qurmaq üçün gəlirlər”

© Sputnik / Murad OrujovNəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, ərəb turistlərin sayında hər il müşahidə olunan artım gələcəkdə onların sayının digər ölkələrdən olanları üstələyə biləcəyini göstərir

Azər Allahverənov: “Azərbaycan ərəb turistləri üçün yeni bir dövlətdir”
Ölkəmizə gələn əcnəbilərin çoxunun səfəri istirahət, əyləncə turizmidir. Azərbaycan vətəndaşları isə xaricə daha çox işgüzar məqsədlərlə səfər edirlər. 2017-ci ildə Azərbaycana gələn 2 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 2 454 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, son iki ildə ərəb ölkələrindən gələn turistlərin sayında çoxalma müşahidə olunur: 

“Ərəb ölkələrindən gələn turistlərin sayı ümumi göstəricidə qonşu ölkələrdən gələnləri üstələmir. Azərbaycan ən çox Rusiya, Gürcüstan, İran və Türkiyə ilə turist mübadiləsi edir. Ərəb turistlərin sayında hər il müşahidə olunan artım gələcəkdə onların sayının digər ölkələrdən olanları üstələyə biləcəyini göstərir. Azərbaycan ərəb turistləri üçün yeni bir dövlətdir. Ona görə də onlar bura maraq göstərirlər. Azərbaycana gələn ərəb turistlər burada sadəcə dincəlmək üçün deyil, həm də biznes qurmaq üçün gəlirlər”.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana gələn turistlərin arasında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşları üstünlük təşkil edib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0