CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL hamının gözlədiyi reysi bərpa etdi

© Photo : AZALБортпроводница в ЗАО "Азербайджанские авиалинии" (AZAL)
Бортпроводница в ЗАО Азербайджанские авиалинии (AZAL) - Sputnik Azərbaycan
Abunə olmaq
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək

BAKI, 15 avqust — Sputnik. 28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək. Bu barədə Sputnik Azərbaycan-na AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aviaşirkətin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız "AZAL" QSC-nin struktur bölməsi olan "Buta Airways" aşağı büdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi.

"AZAL" aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri baş tutacaq. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

"AZAL" aviaşirkətinin "Klassik" reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.

Xəbər lenti
0