Türkiyə ABŞ-ın daha bir sektorunu boykot elədi

© REUTERS / Murad Sezer / IllustrationABŞ dolları və türk lirəsi
ABŞ dolları və türk lirəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə inşaatçıları da ABŞ-ı boykot etdi: Tikintidə oranın materiallarından istifadə etməyəcəklər

BAKI, 14 avqust — Sputnik. Ətraf Mühit və Şəhərsalma Nazirliyinin sifarişi ilə həyata keçiriləcək tikinti işlərində ABŞ mənşəli materillardan istifadə edilməyəcək.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum verib.

Nazirliyin yaydığı rəsmi açıqlamada dollar ətrafında baş verən spekulyasiyalarla əlaqədar olaraq bir addımın da Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən atıldığı bildirilib.

Murat Kurum deyib ki, daşınmaz əmlak sektorunu yaxından maraqlandıran bir yol xəritəsi üzərində işləyirlər.

"Daşınmaz əmlak sektorunun qabalcıl nümayəndələri 15 iyulda FETÖ-nün xain çevriliş cəhdindən sonra vətəndaşlarımızın ev sahibi olması üçün önəmli bir fədakarlıq nümunəsi göstərdilər. Bu gün də ölkəmizə qarşı həyata keçirilən iqtisadi mühasirəyə qarşı ən güclü şəkildə mübarizə aparacaqlar. Yəni bir fədakarlıq dövrünə qədəm qoyaraq və vətəndaşlarımızı məyus etməyərək onları əlverişli şərtlərlə ev sahibi edəcəklər" — deyə nazir bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlak sektorunu canlandırmaq məqsədilə əlverişli faiz və ödəmə şərtləri ilə yeni kampaniyalar həyata keçiriləcək. Bu kampaniyanın detalları qarşıdakı günlərdə açıqlanacaq.

Kurum yaxın günlərdə tikinti, inşaat materialları və daşınmaz əmlak sektorunun nümayəndələri ilə görüşəcəyini bildirib.

Xəbər lenti
0