BAKI, 14 avqust — Sputnik. İtaliyanın şimalında yerləşən Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində onlarla insan ölüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Genuya Təcili Tibbi Yardım Xidməti məlumat yayıb. Ölkənin Nəqliyyat Nazirliyi isə 7 nəfərin öldüyünü bildirir.
— Andrea Bernardini (@abernardini_) 14 августа 2018 г.
Körpünün uçması nəticəsində onlarla insan dağıntıların altında qalıb. Hadisə yerinə xilasedicilər və kinoloqlar gəlib. Xilasetmə işlərində ümumilikdə 40 nəfər olub.
— Grégory Leclerc (@GregLeclerc) 14 августа 2018 г.
İtaliyanın baş naziri Cuzeppe Konte məsələni öz nəzarəti altına götürüb və daima insident barədə məlumat alır.