BAKI, 14 avqust — Sputnik. Antalyanın Manavqat ilçəsində ailəsi ilə birlikdə istirahətə gələn azərbaycanlı 10 yaşlı Ayxan Zamanov hotelin hovzuunda boğulub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, avqustun 12-də ailəsi ilə Manavqata gələn Ayxan Zamanov saat 14.00-da hotelə yerləşib.
Ayxan saat 17.00 radələrində üzmək üçün hovuza girib. Bir qədər hovuzda üzdükdən sonra çırpınmağa başlayanda ətrafdakılar uşağı hovuzdan çıxarıb. Ayxan Zamanova hotel əməkdaşları tərəfindən ilk yardım göstərildikdən sonra, təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ayxan Zamanovun cəsədi ölüm səbəbinin dıqiqləşməsi üçün ekspertiziyaya göndərilib.