Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şamaxı dağlarının nadir incisi - VİDEO

© Photo : NineFictionАлим Гасымов
Алим Гасымов - Sputnik Azərbaycan
Abunə olmaq
Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub

BAKI, 14 avqust — Sputnik. Məşhur xanəndə Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxı rayonunun Nabur kəndində anadan olub.

Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi. Dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəfə, Alimin birinci musiqi aləti idi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.

Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu.

Toto Kutunyo - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni

1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.

Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. Məsələn 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

Opera və Balet Teatrının səhnəsində Məcnun ("Leyli və Məcnun") və Kərəm ("Aşıq Kərəm") partiyalarını ifa edib. Bir çox ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan muğamını dünyaya tanıdıb. 

Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.

26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

Alim Qasımov 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılışında da möhtəşəm çıxışı ilə yadda qalıb.

Xəbər lenti
0