Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövrümüzün Roma imperiyası öz süqutunu yaxınlaşdırır

© AFP 2024 / Brendan SmialowskiABŞ Ali Məhkəməsinin Vaşinqtondakı binası
ABŞ Ali Məhkəməsinin Vaşinqtondakı binası - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar təkqütblü dünya uğrunda hamı ilə, Avropa ilə, Yaxın Şərqlə, Çinlə savaşır

Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini iqtisadi müharibənin elan olunması kimi qiymətləndirmək olar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedyev Kronokotsk dövlət qoruğunun əməkdaşları ilə keçirdiyi görüşdə bildirib.

D. Medvedyev zaldan səsləndirilən suallardan birini cavablandırarkən deyib:"Bu müharibəyə reaksiya vermək lazımdır. İqtisadi tədbirlər, siyasi tədbirlər, ehtiyac olduqda isə digər tədbirlərlə. Bizim Amerikalı dostlarımız bunu anlamalıdır"! 

İranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Cənub sərhədlərimizin o tayında bütün bölgəni ağuşuna ala biləcək "od" qalanır

D. Medvedyev onu da vurğulayıb ki, sanksiyalar bu ya digər dərəcədə ölkənin iqtisadiyyatına, həmçinin valyutanın məzənnəsinə təsir edir. Baş nazir Moskvaya qarşı sanksiyaların əvvəllər də tətbiq olunduğunu xatırladıb:"Bizim ölkəmiz son 100 ildə daima sanksiya təzyiqi altında olub. Bu nə üçün edilib?! Rusiyanın beynəlxalq aləmdə güclü rəqiblər siyahısından çıxarmaq üçün".

Onun sözlərinə görə, Rusiya ХХ əsrin əvvəlində, həmçinin sovet dövrünün çətinliklərinə baxmayaraq heç də pis inkişaf etməyib. Güclü inkişaf dövrləri də olub və bu, çoxlarının, ilk növbədə ABŞ və onun tərəfdaşlarının xoşuna gəlməyib. İndi də heç nə dəyişməyib".

Beləliklə, ABŞ və Rusiya arasında "soyuq savaş" yenidən şiddətlənir. Bəzi araşdırmaçılar belə hesab edirdi ki, Rusiya ilə Qərb arasında baş verən soyuq münasibətlər bir müddət sonra düzələcək. 2017-ci il üçün böyük gözləntilər var idi. Həm ABŞ-dakı prezident seçkilərindən, həm də Avropada bəzi siyasətçilərin və siyasi qrupların önə çıxmasından sonra belə bir ehtimal formalaşmışdı. Son proseslər isə onu göstərir ki, həm Avropa Birliyi ölkələri, həm də ABŞ Rusiyaya qarşı daha ciddi sanksiyaların tətbiq olunmasına və bu sanksiyaların daha da genişləndirilməsinə başlayıb. Bunun iqtisadi tərəfdləri də mövcuddur. Məsələ ondadır ki, Rusiya neftdən müəyyən mənada asılı olan ölkədir. Rusiya büdcəsinin 60 faizindən çoxunu məhz enerji daşıyıcıları təmin edir. Neft və qaz istehsalını artırmaq üçün mütləq mənada yeni texnologiyaya ehtiyac var. Həmin texnologiya isə Qərb dövlətlərində istehsal olunur. Texnologiyalar Rusiyaya verilmədiyi təqdirdə, bu, hasilatın azalmasına gətirib çıxaracaq. Bu isə Rusiya iqtisadiyyatının nəinki zərər görməsi, hətta kiçilməsinə səbəb ola bilər. İqtisadiyyatın üzləşdiyi bu zərər gələcəkdə sosial etirazlara zəmin yarada bilər. Bundan əlavə, maliyyə mənbələrinə də çox ciddi sanksiyalar tətbiq oluana bilər. Bu da Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə dövlət investisiyalarının azaldılması ilə nəticələnə bilər. 

Endryü Branson - Sputnik Azərbaycan
TƏHLİL
Rahib böhranı Ankara və Vaşinqtonu hara aparacaq?

Lakin Rusiya neft və qaz istehsalı avadanlıqlarının satılması üçün çox ciddi bir bazardır. Təbii ki, bu konteksdə Qərb istehsalçılarına, eyni zamanda ABŞ istehsalçılarına böyük pullar qazandırır. Lakin əgər bu, bütövlükdə Qərbin strateji maraqlarına uyğundursa, ABŞ və Avropa şirkətləri bu cür məhdudiyyət şəraitində yaşamaq məcburiyyətindədirlər. İtirən eyni zamanda Qərb iqtisadiyyatı olacaq.

Bundan əlavə, ABŞ avadanlıqları Rusiyaya satmırsa, bu zərəri ödəmək üçün digər bazarları tapmaq məcburiyyətində qalacaq. Bu isə elə də asan deyil.

Bu gün Qərblə Rusiya arasında əsas münaqişə mənbəyi Ukrayna və Suriya məsələsidir. Moskva Suriyanı dağıdan Qərbin sonra Türkiyəyə, Türkiyədən İrana, İrandan da Rusiyaya keçəcəyini çox gözəl anlayır. Türkiyə və İranı dağıdandan sonra növbəti hədəf Rusiyadır. Onlar bunu anladıqlarına görə özləri üçün qırmızı xətt kimi Suriyanı götürüblər. Yəni, Moskva birbaşa Qərbin təsiri altına düşməmək üçün Suriyanı qorumalıdırlar. Qərb ona itaət etməyən dövlətləri dağıda-dağıda gedir. İraqı, Tunisi, Liviyanı, Yəməni, indi də Suriyanı dağıdır. Dünyanın nüfuzlu media orqanları Qərbin nəzarətindədir. ABŞ Rusiya ilə kifayətlənmək istəmir. Növbədə Səudiyyə Ərəbistan və Qətər də var. Bu gün dünyanı transmilli şirkətlər idarə edir. Onlar da istənilən ölkəyə qazanc mənbəyi kimi baxırlar. Demokratiya dəyənəyi işğalçılığa haqq qazandırmaq elementidir. ABŞ hətta Avropaya meydan oxuyur. Birləşmiş Ştatlar təkqütblü dünya uğrunda hamı ilə, Avropa ilə, Yaxın Şərqlə, Çinlə savaşır. Elə bu savaşlar da ABŞ-ın süqutunu yaxınlaşdırır…

Xəbər lenti
0