CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial yardım məsələsində məmur amilinin azalması hansı nəticəni verəcək?

© Sputnik / Murad OrujovƏldən-ələ pul ötürən adam, arxiv şəkli
Əldən-ələ pul ötürən adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Yaranmış problemlər ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindəki nöqsanlarla bağlı idi"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Ünvanlı sosial yardım (ÜSY) ilə bağlı cəmiyyətdə bir sıra hallarda çox ciddi narazılıqlar var idi və bu sahə ilə bağlı problemlər vaxtaşırı ortaya çıxıb. Hesab edirəm ki, burada yaranmış problemlər ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindəki nöqsanlarla bağlı idi".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər burada problem varsa, bunu ilk növbədə nazirlik elə özündə axtarmalıdır: "Çünki orada müvafiq komissiyalar, işçi qruplar fəaliyyət göstərir və onlar hansı vətəndaşa ünvanlı sosial yardımın lazım olub-olmadığını müəyyən edirlər. Təcrübə göstərir ki, belə layihələrdə aidiyyəti dövlət qurumlarının və məmurların rolunun çox olması bir çox problemlər ortaya çıxardır. Ona görə də ümumiyyətlə, dövlət siyasətində bu məsələlərdə məmurların rolu xeyli azaldılmalıdır". 

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əhalinin sosial müdafiəsi sahəsində yeni addım atıldı

"Layihələr hansısa işçi qrupun, komissiyanın, məmurların öhdəliyinə verilirsə, bir çox hallarda bu, ciddi problemlərə səbəb olur"-deyə o qeyd edib.

Ekspert bildirib ki, sosial siyasət dövlətin iqtisadi siyasətinin ən mühüm hissələrindən biridir: "Amma burada məmurların səlahiyyətləri məsələsinə çox ciddi şəkildə yenidən baxılmalıdır. Aydın məsələdir ki, elə istiqamətlər var ki, orada məmurların, işçi qrupların, komissiyaların rəyləri olmalıdır. Amma burada obyektivliyin təmin olunması üçün qərarlar qəbul olunarkən subyektiv amil maksimum azaldılmalı və komissiyaların fəaliyyətində şəffaflıq təmin edilməlidir".

Professorun sözlərinə görə, sosial siyasətə diqqətin artırılması son dərəcə zəruridir: "Azərbaycanda əhalinin gəlirlərinə, yəni, əmək haqqı fonduna fikir versək, aparıcı inkişaf etmiş dövlətlərlə müqayisədə nəinki ümumi rəqəmlərlə ifadə olunanda azdır, həm də aparıcı makroiqtisadi göstəricilərə nisbətən azdır. Ona görə də bu istiqamətdə dövlətin siyasəti son dərəcə zəruridir və bu sahədə dövlət tərəfindən müəyyən addımlar atılır. Amma bu, daha da güclənməlidir ki, yaxın perspektivdə sosial xərclərin, əmək haqqı xərclərin ÜDM-ə nisbəti 50 faizə çatsın. Uzun müddətli perspektivdə isə bu rəqəm təxminən 70 faizə yaxın olmalıdır". 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saxta yolla sosial yardım alanların qara günləri başlayır

Qeyd edək ki, avqustun 4-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupun növbəti iclasında bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq sosial yardım sistemində aparılan islahatlar bu sistemdə ünvanlılığın, şəffaflığın və sosial ədalətin tam bərqərar olmasına yönəlib: "Əsas hədəflər, həmçinin, ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımların dayandırılması, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi, yardım alan ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına transfer olunmasıdır".

© KarikaturaSosial yardım
Sosial yardım - Sputnik Azərbaycan
Sosial yardım

Nazir deyib ki, ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkar edilərək onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi aşkar edilmiş DSMF-nin rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir.

Xəbər lenti
0