BAKI, 13 avqust — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedevin Kamçatkaya səfəri zamanı üzərində gəzdiyi qara qum satış çıxarılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir elan “Avito” saytında yerləşdirilib.
Qumun olduğu şüşə bankanı Petropavlovsk– Kamçatka sakini satışa çıxarıb. Onun dəyəri 100 min rubldur.
Sosial şəbəkələrdə isə istifadəçilər bu elana yumorla yanaşıb.
Hazırda "Avito" saytında bu elan mövcud deyil. Elanın məhsulun alınması səbəbindən, yoxsa göstəriş əsasında götürüldüyü bilinmir.
Qeyd edək ki, Rusiya baş naziri Kamçatkada Uzaq Şərqin və Baykal regionunun sosial-iqtisadi inkişafına dair komissiyanın iclasında iştirak edib.