BAKI, 13 avqust — Sputnik. REAL Hərəkatının sədri İlqar Məmmədov azadlığa buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, İ. Məmmədovun həbsdən azad edilməsi barədə Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunmuşdu. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.