CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son on ilin ən sərin avqust ayı müşahidə edilir

CC0 / sweetlouise / GirlGünəşli havada dəniz qırağında oturmuş qız, arxiv şəkli
Günəşli havada dəniz qırağında oturmuş qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında ən sərin keçən avqust ayı 1950-ci ildə müşahidə edilib

BAKI, 13 avqust — Sputnik. "Azərbaycanda bu ilin avqust ayı (ayın I ongünlüyü) son 10 ilin nisbətən sərin keçən avqust ayı sayıla bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə 2-3 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında dünən havanın maksimal temperaturu 28-30 dərəcə olub. Bu gün isə temperaturun 26-28 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

G.Məmmədova qeyd edib ki, ümumilikdə Bakıda və Abşeron yarımadasında ən sərin keçən avqust ayı 1950-ci ildə müşahidə edilib.

İldırım - Sputnik Azərbaycan
HADİSƏ
Hava yenə xoşagəlməz "sürpriz" edəcək - RƏSMİ

Yağıntılara gəldikdə isə G.Məmmədova qeyd edib ki, bu il avqust ayının ötən dövrü ərzində əksər rayonlara düşən yağıntıların miqdarı norma daxilində, əsasən, dağlıq və dağətəyi rayonlarda isə normadan bir qədər çox olub.

G.Məmmədova onu da əlavə edib ki, avqustun 14-dən ölkə ərazisində əsən şimal-qərq küləyi arabir güclənəcək: "Ayın 15-i gündüz küləyin zəifləyəcəyi gözlənilir. Avqustun 16-dək ölkə ərazisində hava şəraitinin bir qədər küləkli keçəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır".

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26-28, bölgələrdə 28-30 dərəcə arası dəyişəcəyi gözlənilir: "Avqust ayının 16-dan havanın temperaturunun bugünlərlə müqayisədə 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır".

Xəbər lenti
0