CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çalağan saxlamaq 500 manata başa gəldi

CC BY 2.0 / traceyodea / A Black KiteЧерный коршун, фото из архива
Черный коршун, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq

BAKI, 13 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil olan Qara çalağan quşu aşkar edilib. Faktla bağlı E.Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xəbər lenti
0