“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər

© Photo : Kayhan Ozer / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
“Bir tərəfdən strateji tərəfdaş olacaqsan, digər tərəfdən ayağına güllə atacaqsan”

BAKI, 13 avqust — Sputnik. “Axşam yatıb, səhər oyanıb dəmirə, polada bu qədər vergi qoydum deyə bilməzsən”. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrdəki səfirlərinin qarşısında çıxış edərkən bu sözlərlə ABŞ prezidenti Donald Trampı sərt şəkildə tənqid edib.

"İstədiyin qədər prezident ol. Amma “mən etdim, oldu” deyə bilmərsən. Axşam yatıb, səhər oyanıb, dəmirə, polada bu qədər vergi qoydum deyə bilmərsən. Bir tərəfdən strateji tərəfdaş olacaqsan, digər tərəfdən ayağına güllə atacaqsan. Belə bir şey qəbul edilərmi?" — deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidentinin sözlərinə görə, hazırda Türkiyədə yaşananların böhranla heç bir əlaqəsi yoxdur: "Tamamilə fərqli bir durumla qarşı qarşıyayıq. Bizim bu hadisələrlə bağlı təmkinli şəkildə atdığımız addımlar var, atacağımız adamlar var, bir sıra planlarımız var".

Xatırladaq ki, avqustun 10-u ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

"Türkiyədən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!" — deyə Tramp öz "Twitter" səhifəsində yazıb.

Xəbər lenti
0