Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkmənistan Azərbaycan kəmərlərinə qoşulacaq

© Photo : TANAPСтроительные работы трансанатолийского газопровода (TANAP), фото из архива
Строительные работы трансанатолийского газопровода (TANAP), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Aşqabad TANAP və TAP layihələrinin köməyilə türkmən qazını xarici bazara çıxarmağa ümid bəsləyir.

BAKI, 12 avqust — Sputnik. "Xəzər beşliyi"nin dövlət başçıları bu gün Qazaxıstan Aktausunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Bu tarixi sənəd üzərində diplomatlar 1996-cı ildən indiyəcən işləyiblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, rəsmi Aşqabad bu sənədin qəbulu ilə türkmən qazının xarici bazara çıxmaq probleminin həll ediləcəyinə ümid bəsləyir.
Hazırda söhbət təbii qazın Avropa bazarlarına çıxarılmasından gedir.

Türkmənistan güman edir ki, bu Konvensiya Xəzərin dibi ilə Azərbaycana qədər Transxəzər qaz boru xəttinin çəkilməsinə imkan verəcək və xətt Transatlantik qaz kəmərinə (TANAP) qoşulacaq.

Sözügedən qaz kəmərinin təbii qazı Azərbaycanda Gürcüstan və Türkiyədən keçməklə Yunanıstan sərhəddinə, onun davamı olaraq da Transadriatik qaz kəməri vasitəsilə (TAP) Cənubi Avropaya daşıması nəzərdə tutulur.

Azərbaycan, Gürcüstan, Türkmənistan, Türkiyə və Avropa İttifaqı artıq xeyli müddətdir ki, Xəzər regionunun təbii qazının Avropaya ixracını nəzərdə tutan layihə üzərində işləyir. Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması bu prosesi sürətləndirə bilər.

Xəbər lenti
0