BAKI, 12 avqust — Sputnik. Xəzəryanı ölkələrin prezidentləri birlikdə nərə balıqlarını dənizə buraxıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.
Gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.
Qeyd edək ki, bu gün imzalanmış Xəzərin statusuna dair Konvensiyaya əsasən Xəzəryanı ölkələr Xəzərdə mümkün balıq ovunu və digər su bioresurslarından istifadəni birlikdə müəyyən edəcəklər.
Xəzərdə balıq ovu və bioresurslarından istifadə milli kvota üzrə müəyyənləşdiriləcək.