BAKI, 12 avqust — Sputnik. Dəfn mərasimində ehsan yeyən 9 nəfər ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Peruda baş verib. Ölənlərin dəfndə verilən yeməkdən zəhərləndiyi bildirilir.
Məlumata görə, eyni yeməkdən yeyən 20 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Onların dəfn mərasimində ət xörəyi ilə mayalanmış qarğıdalı yediyi məlum olub.
Hadisə ilə bağlı araşdırma aparılır.