Aktauda Xəzərin taleyi həll olunur: V sammit başlayıb

© Sputnik / Министерство иностранных дел РКФлаги стран-участниц Каспийского саммита
Флаги стран-участниц Каспийского саммита - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

BAKI, 12 avqust — Sputnik. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Sputnik Qazaxıstan xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb. Ondan sonra İran prezidenti Həsən Ruhani çıxış edərək Xəzər dənizinin önəmindən və yekun sənədin Xəzəryanı ölkələr üçün həyati əhəmiyyət daşımasından danışıb. 

Rusiya prezidenti Vladimir Putin isə öz çıxışında Xəzər dənizinin hüquqi statusunun həllinin ölkələr üçün son dərəcə məsuliyyətli iş olduğunu deyib.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov da çıxış edərək Xəzərin hüquqi statusu barədə konvensiya çərçivəsində tərəfləri irimiqyaslı işin gözlədiyini qeyd edib. Hazırda sammit davam edir.  

Tədbirdə dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayacağı gözlənilir.

Diplomatlardan ibarət işçi qrup 20 il ərzində Xəzərin statusu ilə bağlı danışıqlar aparıb. Nəticədə Konvensiya layihəsi hazırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

Xəbər lenti
0