Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəki sakini ilanın qurbanı oldu

CC0 / Cuyahoga / Snakeİlan, arxiv şəkli
İlan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş həkim onu da qeyd edib ki, mərhum qaraciyər serrozundan əziyyət çəkirmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 avqust- Sputnik. Şəki rayonun Cuma kəndində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, kənd sakini, 1955-ci il təvəllüdlü Məhəmməd Loğmanov özünə məxsus sahədə işləyərkən, qəflətən ilan onun sol baldır nahiyyəsindən sancıb. 

Xəstə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, M. Loğmanov xəstəxanaya daxil olduğu an ona zərdab vurulub: "Xəstə hadisədən 40 dəqiqə sonra xəstəxanaya daxil olub. Xəstə daxil olan an ona zərdab vurulub. 3 saat sonra ona təkrar zərdab vurulub. Amma M.Loğmanovun ayağında kəskin şişkinlik müşahidə edildiyindən, onun Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilməsi barədə qərar qəbul edilib".

Vəziyyəti ağır olan xəstə Bakı Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş həkim onu da qeyd edib ki, mərhum qaraciyər serrozundan əziyyət çəkirmiş. Belə hallarda qaraciyər problemi olan insanların həyatını xilas etmək çətin olur.

Xəbər lenti
0