Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal-qərb bölgəsindəki təbii fəlakətlə bağlı rəsmi məlumat yayıldı

© Sputnik / Ilham AhmadovDaşmış çay, arxiv şəkli
Daşmış çay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə barədə əlavə məlumat veriləcək

BAKI, 11 avqust — Sputnik. 10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub. Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir.

Məlumata əsasən, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub. 

Hadisə barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0