BAKI, 11 avqust — Sputnik. Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.
Report-un verdiyi məlumata görə, hadisə 2-ci məhəllə ərazisində baş verib.
Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.