BAKI, 11 avqust — Sputnik. Son zamanlar özəl həyatı ilə gündəmə gələn aktrisa Dəniz Çakır, rejissor Raci Şaşmazın qərarı ilə "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının heyətindən uzaqlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.
Deniz Çakır, Oktay Kaynarcanın filmin qəhrəmanını canlandırdığı baş rol ifaçısının həyat yoldaşını canlandırır. Deniz Çakır sentyabrda ekranlara qayıdacaq layihənin çəkilişlərində iştirak etmir.
Filmin rejissoru Raci Şaşmaz tez-tez özəl həyatı və alkoqollu görüntüləri ilə gələn Çakırın bu hərəkətlərindən narahat olaraq belə bir qərar verdiyi bildirir. İşsiz qalxmasından şoka düşən aktrisanın yerinə yeni birinin axtarışına başlandığı bildirilir.