Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 380 nəfəri keçib

© REUTERS / Beawihartaİndoneziyada baş vermiş zəlzələnin fəsadları, 6 avqust 2018-ci il
İndoneziyada baş vermiş zəlzələnin fəsadları, 6 avqust 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ nəticəsində 13 mindən çox insan xəsarət alıb

BAKI, 11 avqust — Sputnik. İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 387-ə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin yaydığı məlumatda bildirilir.

Agentliyin məlumatına görə zəlzələ nəticəsində 13 mindən çox insan xəsarət alıb, 387 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

Xəbər lenti
0