Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hava limanından qaçırılan təyyarə qəzaya uğradı - VİDEO

© AFP 2024 / Justin TALLISDumanda eniş edən təyyarə, arxiv şəkli
Dumanda eniş edən təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisənin terror aktı olmadığını bildirir

BAKI, 11 avqust — Sputnik. "Alaska Airlines" aviaşirkətinin pilotu Sietl hava limanından "Bombardier Dash 8 Q400" təyyarəsinin razılaşdırılmamış uçuşunu həyata keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hava limanının əməkdaşlarının yaydığı məlumatda bildirilir.

Məlumata əsasən insident baş verdiyi vaxt təyyarənin göyərtəsində insan olmayıb. Təyyarəni ələ keçirmək üçün havaya iki ədəd "F-15" tipli qırıcı qaldırılıb. Hərbi pilotlar təyyarəni insanların yaşamadığı əraziyə aparmaq istəyib. Nəticədə layner Ketro adası yaxınlığında qəzaya uğrayıb. Lakin məlumata qəzanın Hərbi Hava Qüvvələrinin fəaliyyəti nəticəsində baş vermədiyi bildirilir.

Polis hadisənin terror aktı olmadığını bildirir.

Xəbər lenti
0