On gün ərzində müxtəlif ölkələrdən olan dənizçilər Xəzərdə dəniz və hava hədəflərini vurmaq, həmçinin dənizdə xilasetmə əməliyyatlarını həyata keçirmək uğrunda yarışıblar. Bu gün "Dəniz Kuboku-2018" beynəlxalq yarışının kuboku və iştirakçı ölkələrin bayraqları Bakıdakı tribunaya aparılıb.
Ümumi qiymətləndirmə əsasında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə İran və Azərbaycan dənizçiləri tutub.
Qalib ölkənin himni çalınıb və "Dəniz Kuboku" birinci yerin sahibi olan Rusiya Federasiyasının komandasına təqdim edilib.