BAKI, 10 avqust — Sputnik. Sabah ilin ən son günəş tutulması baş verəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, tutulma Şimali Avropa və Şimali Asiyadan müşahidə ediləcək. Günəş tutulmasının yerli saatla 13.57-də baş tutacağı gözlənilir.
Tutulmanın təsiri onun neçə dəqiqə baş verməsi ilə əlaqəlidir.
Mütəxəxssislərin fikrincə, tutulma zamanı ürək və qan-damar sistemi ilə bağlı problemlərin artması müşahidə edilə bilər. Aritmiya problemi olanlar tutulma zamanı daha diqqətli olmalıdır.
Tutulmanın təsiri avqustun 20-dən sonra azalacaq.