Ərdoğan xalqa vəd verdi: "Onların dolları varsa, bizim də Allahımız var"

© REUTERS / Umit BektasTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Müxtəlif kampaniyalar davam etdirilir, bu kampaniyalara qulaq asmayın"

BAKI, 10 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məzənnə dəyişikliyindən danışan Ərdoğan bunun müvəqqəti çətinlik olduğunu deyib.

"Müxtəlif kampaniyalar davam etdirilir. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik" — Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, hökumət intensiv şəkildə yeni dövrün hazırlıqlarını aparır: "Bir tərəfdən dünyanın dörd bir yanına gedirik-gəlirik. Ölkəmizi, inşallah yeni dövrə daha fərqli hazırlamağın cəhdi içərisindəyik".

Qeyd edək ki, bu gün Türkiyədə dolların məzənnə növbəti rekordu təzələyərək 6 lirəni keçib.

Xəbər lenti
0