BAKI, 9 avqust — Sputnik. Hacıqabulda 13 yaşlı yeniyetmə özünü asaraq intihar edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini 2005-ci il təvəllüdlü Məmmədov Sabir Abbas oğlu özünü yaşadığı fərdi yaşayış evinin ərazisində yerləşən tövlədə asaraq intihar edib. İntihar hadisəsi baş verən an azyaşlının yaxınlarının qonşuluqda toy mərasimində olduğu bildirlir. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.