ELM

Təhsil eksperti: IV qrup abituriyentlerine haqsızlıq edilib

© AFP 2024 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əsədovun fikrincə, bu il tibb ixtisası üzrə plan yerləri ciddi sayda azaldığı üçün IV qrupda hətta yüksək balla (azı 630 bal) abituriyentlərin qəbul olmaması xəbərini görə biləcəyik

BAKI, 9 avqust — Sputnik. "Ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi demək olar ki, sona çatır. 10 günə olan vəziyyətlə bağlı onu deyə bilərəm ki, ən çətin durum IV qrup abituriyentlərinindir. Müəyyən mənada onlara qarşı haqsızlıq olduğunu düşünürəm". Bu sözləri təhsil ekperti Kamran Əsədov öz facebook səhifəsində yazıb.

O, qeyd edib ki, IV qrup üzrə müalicə ixtisası yerinə dövlət sifarişli təhsil üçün bütün bölmələr üzrə 320 plan yeri ayrılıb: "Bunun 100 yeri Moskva Tibb Universitetinin Bakı filialına verilir, yerdə qalır 220 yer, filial 400 baldan yuxarı abituriyentləri xüsusi daxili imtahan edərək dövlət hesabına müalicə işi ixtisası üzrə universitetə qəbul edir, yerdə qalan 220 yer uğrunda müsabiqə gərgin olur. Keçid balı keçən il 651 oldu və 650 bal yığan bir insan gedib dövlət hesabına müalicə işi oxuya bilmir, 450 bal yığan isə filialda ödənişsiz əsaslarla oxuyur".

Kamran Əsədovun fikrincə, bu il tibb ixtisası üzrə plan yerləri ciddi sayda azaldığı üçün IV qrupda hətta yüksək balla (azı 630 bal) abituriyentlərin qəbul olmaması xəbərini görə biləcik.

Xəbər lenti
0