BAKI, 9 avqust — Sputnik. İsveçrədə təbii fəlakətin baş vermə anı kameralar düşüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, aramsız yağışlardan sonra İsveçrənin bəzi kəndlərini sel basıb. Sel ilə gələn palçıq yolları bağladığına görə, Çamson şəhərinin sakinləri təxliyə edilib. Saatlarla davam edən yağışlar İsveçrənin dağlıq kəndlərində şəraiti çətinləşdirib.