BAKI, 9 avqust — Sputnik. Baş nazir Novruz Məmmədov "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.
Belə ki, nəzərdə tutulan sənədlər barədə yəni adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.