İsrail gecə ilə Qəzza zolağının altını üstünə çevirib

© AFP 2024 / AHMAD GHARABLIİsrailə aid F 35 qırıcısı
İsrailə aid F 35 qırıcısı - Sputnik Azərbaycan
Abunə olmaq
Qırıcılar bir gecədə 140-dan çox strateji hədəfə zərbə endirib

BAKI, 9 avqust — Sputnik. İsrail Hərbi hava Qüvvələri Fələstin yaraqlılarının atdığı raketlərə cavab olaraq Qəzza sektorunda 140-dan çox strateji hərbi hədəfə aviazərbələr endirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinin üç hərbi uçuşu zamanı Qəzza zolağında HƏMAS hərəkatına məxsus qərargahlar, tunellər, təlim düşərgələri, silah istehsalı və anbarı məhv edilib. Fələstin rəsmilərinin məlumatına görə, aviazərbələr nəticəsində üç nəfər həlak olub.

Qeyd edək ki, ötən gün axşam saatlarında Qəzza zolağından İsrail istiqamətinə 150 raket atılıb. Bu raketlərdən 25-i "Dəmir Günbəz" raket kompleksi tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti
0