Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “İran öz məhsulunu Azərbaycan üzərindən Avropa bazarına çıxarmaqda maraqlıdır”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir

Tehran və Bakı İran-Azərbaycan İqtisadi İnkişaf Mərkəzi yaratmağı planlaşdırır. Bunu İranın Nəqliyyat və Logistika Federasiyasının baş katibi Məhəmməd Eyqarlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki,  Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur: 

“Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir. İki ölkə arasında nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. Xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə İran böyük maraq göstərir. Çünki bu marşrutun Qərbi Avropaya çıxışı var. İran da istəyir ki, bu yolla öz məhsullarını Avropa bazarlarına çıxarsın. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Həmçinin Azərbaycan və İranın həmsərhəd ölkə olması sərhədyanı ticarətin inkişafına diqqət tələb edir. Çünki sərhədyanı ticarət iqtisadi əlaqələrin inkişafına təkan verir. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilərlər” — deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0