Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda əncir ağacını kəsən şəxsə, görün nə oldu

© pixabay / milivanilyAbşeronda ən dadlı əncir Nardaran və Bilgəhdə yetişir
Abşeronda ən dadlı əncir Nardaran və Bilgəhdə yetişir - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyə həyəcan siqnalı daxil olub

BAKI, 9 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Qara Qarayev prospektində ağacları kəsirlər - Sputnik Azərbaycan
HADİSƏ
Bakının təbiətinə qənim kəsilənlər durub dincəlmirlər

Bildirilib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətlərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqelərini yüksək qiymətləndirir.

Xəbər lenti
0