BAKI, 9 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təltifetmə və bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdən sonra "Artilleriya atəşinin ustaları" müsabiqəsi bağlı elan edilib.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.
Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı, Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrinə qatılacaqlar.