BAKI, 8 avqust — Sputnik. Qırğızıstanın paytaxtı Bişkekdə vətəndaşlar şəhər meriyasının qarşısında etiraz aksiyasına başlayıblar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla xəbər verir ki, buna səbəb Bişkek şəhəri meri postuna bir namizədin irəli sürülməsidir.
Bu namizəd daha əvvəl Qırğızıstan parlamentinin üzvü olan iş adamı Əziz Surakmatovdur. Etirazçıların əsas məqsədi şəhərin icra hakimiyyəti başçısı postuna alternativ seçki keçirilməsi və bu səsvermədə vətəndaşların iştirakının təmin edilməsidir.