Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə xəbərdarlıq

CC0 / MemoryCatcher / Supermarket Витрины в супермаркете, фото из архива
Витрины в супермаркете, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən məlumat verilib.

Məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

"Nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub" — deyə Agentlik bildirib.

Xəbər lenti
0