BAKI, 8 avqust — Sputnik. ABŞ və Türkiyəyin müdafiə nazirləri Ceyms Mettislə Hülusi Akar arasında telefon danışığı olub.
Sputnik Azərbaycan bu barədə Anadolu agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, nazirlər müdafiə sahəsində ikitərəfli əlaqələri, terrorçuluqla mübarizəni və Suriyadakı vəziyyəti müzakirə ediblər.