ELM

Nazirlik xəbər saytını qeyri-peşəkarlıqda ittiham etdi

© Sputnik / Murad OrujovTəhsil Nazirlyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov
Təhsil Nazirlyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov - Sputnik Azərbaycan
Abunə olmaq
O, bildirib ki, belə xəbərlərin araşdırılmadan yayılması qeyri-peşəkarlıqdır

BAKI, 8 avqust — Sputnik. Bu gün yerli KİV-də Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllimin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, xəbərdə hadisənin şəhərin 21 nömrəli tam orta məktəbində baş verdiyi bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Məsələ ilə bağlı Təhsil Nazirlyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz facebook səhifəsində məlumat verib. O bildirib ki, belə xəbərlərin araşdırılmadan yayılması qeyri-peşəkarlıqdır.

"Bununla bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsindən bildiriblər ki, məktəbdə təmir getmir, şəkil məktəbə aid deyil, adı keçən müəllim isə öz bağında xəsarət alıb, hazırda evində müalicə alır" — deyə o, qeyd edib.

Xəbər lenti
0