Sputnik Azərbaycan əməkdaşının həmsöhbəti olan Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.
Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha da inkişaf etdirməyə çalışır.