Köçəryan tərəfdarlarının daha bir cəhdi uğursuz oldu

Abunə olmaq
İstintaqın indiki mərhələsində Robert Köçəryanın həbsdə saxlanması üçün əsaslar qalır

BAKI, 8 avqust — Sputnik. Ermənistan Baş Prokurorluğu parlamentin 40-dan çox deputatının sabiq prezident Robert Köçəryanın azadlığa buraxılması barədə qaldırdığı vəsatəti rədd edib.

Sputnik Azərbaycan RİA Novosti-yə xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, istintaqın indiki mərhələsində Robert Köçəryanın həbsdə saxlanması üçün əsaslar qalır və onun azadlığa buraxılması ilə bağlı vəsatətin təmin olunması istintaqın maneəsiz gedişatına zəmanət vermir.

Qeyd edək ki, Köçəryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla zaminə buraxılıb.

Xəbər lenti
0