SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir paylaşım ölkəyə 20 milyard dollar ziyan vurdu

© AFP 2024 / MICHAEL BRADLEY Chrystia Freeland the Minsiter of International Trade from Canada (File)
Chrystia Freeland the Minsiter of International Trade from Canada (File) - Sputnik Azərbaycan
Abunə olmaq
Kanada xarici işlər naziri bir paylaşımla iki ölkənin əlaqələrini məhv edib

BAKI, 8 avqust — Sputnik. Kanada xarici işlər naziri Xrista Friland Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən paytaxt Ər-Riyadda insan haqları fəallarının tutulması ilə bağlı "Twitter"-də paylaşdığı "tweet" ilkin hesablamalara görə ölkə iqtisadiyyatına 20 milyard dollar ziyan vurub. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Belə ki, Səudiyyə Ərəbistanı bundan sonra Kanada ilə ticarət əlaqələrinin dondurulması qərarını verib. Rəsmi Ər-Riyad həmçinin Kanadadan dəyəri 15 milyard dollar olan 928 ədəd yüngül və ağır hərbi zirehli texnikanın alınması barədə müqaviləni dayandırıb.

Bu layihənin dondurulması ilə əlaqədar 2 min 470 kanadalının iş yerini itirəcəyi bildirilir.

Bundan əlavə Səudiyyə Ərəbistanı Təhsil nazirliyi dövlət xətti ilə Kanadada təhsil alan 17 min 272 tələbənin də Kanadadan geri çağrılacağını bildirib

Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracağını bildirib.

Bildirilib ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Xrista Friland yazdığı "tweet"ində Səudiyyə Ərəbistanında həbsdə olan blogger Raif Bədəvinin bacısı, hüquq müdafiəçisi Samar Bədəvinin həbsi barədə informasiyadan son dərəcə narahat olduğunu bildirib. Friland Ər-Riyadı hər iki şəxsi azadlığa buraxmağa çağırıb. Onun bu bəyanatı Ər-Riyadda ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirilib.

Ər-Riyad Ottavadakı səfirini məsləhətləşmək üçün geri çağırıb. Bununla yanaşı, Krallığın xarici işlər nazirliyi Kanada səfirini persona-non-qrata elan edib və ona ölkəni tərk etmək üçün 1 sutka vaxt verib.

Xəbər lenti
0