Gürcüstanda qorxunc faktın üstü açıldı

© Sputnik / Aleksandr Chipurin / Mediabanka keçidИсторический центр в Тбилиси, фото из архива
Исторический центр в Тбилиси, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərman preparatlarını saxtalaşdıran qrup aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti dərmanları saxtalaşdıran qrupu ələ keçirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qrup hemofiliya xəstəsi olan uşaqlara güclü təsir edən preparatları saxtalaşdırblar.

Onların anbarlarında 350 min dollarlıq 1500 flakon dərman aşkarlanıb. Sənədlərə görə, bu dərmanlar Özbəkistana göndərilməli imiş.

Bundan əlavə, qrup üzvləri gömrük sənədlərini saxtalaşdıraraq vaxtı keçmiş dərmanlar da satıblar. "İstintaq zamanı müəyyən edilib ki, farmasevtik şirkət son istifadə müddəti ötən ilin sentyabr ayında bitmiş dərmanların flakonlarını və qutularını antisanitar şəraitdə dəyişərək satıb" — deyə istintaq qrpundan bildirilib.

Hazırda dərman saxtakarları saxlanılıb. Onları 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti
0