BAKI, 7 avqust — Sputnik. Almaniya polisi Ditmarşen qocalar evindən qaçan iki təqaüdçünü saxlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təqaüdçülər Wacken Open Air adlı möhtəşəm Avropa rok festivalında iştirak etmək üçün qaçıbmış.
Qocalar evinin əməkdaşlarının xahişi ilə musiqisevərləri axtaran hüquq mühafizə orqanları əməkdaşları onları avqustun 3-ü səhər 3-də tapa bilib.
"Təqaüdçülər bir qədər qarışıq vəziyyətə düşsələr də, konsert onların çox xoşuna gəlmişdi" deyə polis sözçüsü Merle Noyfeld deyib.
Rok həvəskarlarl festivalı tərk etmək istəmirmiş. Buna görə də, polis məcburən onları saxlayaraq qocalar evinə qaytarıb.