Rusiya Yunanıstana nota verdi, onun addımını "düşmən hərəkət" adlandırdı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN binası
Rusiya XİN binası - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib.

BAKI, 7 avqust — Sputnik. Yunanıstan ötən ay bu ölkənin daxili işlərinə qarışdıqları üçün iki rus diplomatı ölkədən çıxarmış və onların ölkəyə girişini qadağan etmişdi.

Sputnik Azərbaycan "Habertürk"-ə istinadən xəbər verir ki, iki ölkə arasında böhrana səbəb olan bu hadisədən sonra Rusiya Yunanıstana cavab verib.

Rusiya Xarici İşlər Nazirliyi Yunanıstanın Moskvadakı səfirinin nazirliyə çağırıladığını və ona nota verildiyini bildirib.

"Ötən ay iki rus diplomat Afinanın düşmən hərəkəti nəticəsində ölkədən çıxarılmışdı. Bununla əlaqədar Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganas Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib" — deyə məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 11-i iki rusiyalı diplomat Yunanıstandan çıxarılıb. Buna səbəb kimi diplomatların Yunanıstanın daxili işlərinə qarışması və milli təhlükəsizliyə zərbə vurmaları göstərilir. Onlar məlumat toplama, yayma və məmurlara rüşvət təklif etməkdə ittiham olunurlar.

Xəbər lenti
0