Rəsmi dövlət agentliyinin parolunu qıran jurnalistlər həbs olunub

© Sputnik / Viktor TolochkoBelarusda islah-əmək müəssisəsi, arxiv şəkli
Belarusda islah-əmək müəssisəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Belarusda bir qrup jurnalist ölkənin rəsmi informasiya agentliyi olan "BelTA"nın kompüter məlumatlarına icazəsiz giriş ittihamı ilə saxlanılıb

BAKI, 7 avqust — Sputnik. Belarusda bir qrup jurnalist ölkənin rəsmi informasiya agentliyi olan "BelTA"nın kompüter məlumatlarına icazəsiz giriş ittihamı ilə saxlanılıb.

Sputnik Belarus-un məlumatına görə, onlara qarşı Belarus Respublikasının Cinayət Məcəlləsinin 349-cu maddəsinin (Kompüter məlumatlarına icazəsiz giriş) ikinci bəndi ilə cinayət işi açılıb. Sözügedən maddə ilə "BelTA-nın sındırılması" adı alan bu cinayət işində günahlandırılan şəxslər canını təkcə cərimələrlə qurtara bilməyəcək. 349-cu maddədə həmçinin sözügedən cinayəti törətmiş şəxslərin həmin vəzifədə qalması və bu fəaliyyətlə məşğul olmasının qadağan edilməsi, iki ilədək azadlıqdan məhrum edilməsi, yaxud da azadlıqların məhdudlaşdırılması nəzərdə tutulur.

Bu gün Belarusda TUT.BY portalının və "BelaPAN" Agentliyinin redaksiyasında axtarış aparılıb.

İstintaq Komitəsinin məlumatına görə, sözügedən nəşrlərin bir sıra əməkdaşları "BelTA" dövlət agentliyinin qapalı informasiyalarına qanunsuz daxil olmaqda və onlardan icazəsiz istida etməkdə şübhəli bilinir. Onlara qarşı BR CM-nin "Kompüter məlumatlarına icazəsiz giriş" maddəsi ilə cinayət işi açılıb.

Bu gün Belarusda eyni ittihamla "BelaPAN"ın jurnalisti Tatyana Korovenkova, TUT.BY portalının baş redaktoru Marina Zolotova və portalın bir neçə əməkdaşı — Ulyana Boboyed, Anna Kaltıgina, Qalina Ulasik, Dmitri Bobrik və Anna Yermaçonok saxlanılıb. Jurnalistlərin yaxınlarının sözlərinə görə, onları 3 sutkalıq müvəqqəti saxlama təcridxanasına yerləşdiriblər.

"BelTA"-nın baş direktoru İrina Akuloviçin Sputnik-ə bildirdiyinə görə, agentliyin qapalı xəbər lentinə abunə olmaq pulludur. Lakin bu xəbər lentinə abunəçi olmayan kənar şəxslərin başqa şifrələrlə daxil olduğu müəyyən edilib. Vəziyyəti ayırd etmək üçün "BelTA" hüquq-mühafizə orqanlarına müraciət etməli olub.

Xəbər lenti
0