CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda istiyə dözə bilməyən qız intihara əl atıb

© Sputnik / Mikhail Fomichev / Mediabanka keçidГорожане спасаются от жары у фонтана на Манежной площади, 2010 год
Горожане спасаются от жары у фонтана на Манежной площади, 2010 год - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər xilas etdikləri şəxsdən intiharın səbəbini soruşanda, eşitdikləri cavabdan şoka düşüblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. İsti Bakıda gənc qızı intihara sürükləyib. İntihar cəhdi avqustun 6-da Dənizkənarı Milli Parkda baş verib. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Bakı sakini, 2000-ci il təvəllüdlü Mövlanova Fatma Qaçay qızı səhər saat 5-də özünü dənizə atıb. Xoşbəxtlikdən həmin vaxt yaxınlıqda adamlar olub. Xilasedicilər Mövlanovanı dənizdən sağ-salamat çıxarıblar. Xilasedicilərin "Niyə özünüzə qəsd etmək qərarına gəlmisiz?" sualına cavabında Mövlanova deyib ki, onun psixoloji problemləri var və üstəlik, istiyə də dözə bilmir. Gənc qızın intihar cəhdinə verdiyi izahat xilasediciləri belə şoka salıb.

Qeyd edək ki, Bakının Dənizkənarı Milli Parkında müntəzəm olaraq intiharlar və intihara cəhdlər baş verir. Ona görə də, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əraziyə xüsusi nəzarətin olduğunu bildirirlər.

Xəbər lenti
0