Bakıda işıqforların iş rejiminə dəyişiklik edilib

© Sputnik / Anar MustafayevСветофор на проспекте Матбуат в Баку
Светофор на проспекте Матбуат в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir

BAKI, 7 avqust — Sputnik. Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq, yol boyu işıqforların vaxt planlarında dəyişiklik edilib. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən, Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb.

"Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir" — deyə BNA-dan əlavə olunub.

Qeyd edək ki, hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır. Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.

Xəbər lenti
0