Novruz Məmmədovdan daha bir qərar: Gömrük yığımlarının məbləğləri dəyişdirildi

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar verib

BAKI, 7 avqust — Sputnik. Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklərə əsasən:

Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat; gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat; gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat müəyyən edilib.

Bununla yanaşı, qərarda qeyd olunur ki, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat; gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat; gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat müəyyən edilib.

Qərarda qeyd edilir: 1.1.2.6.1-ci yarımbənddə "20" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin; 1.4. 2.6.2-ci yarımbənddə "15" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin; 1.5. 5.1.2-ci yarımbənddə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin.

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

© Photo : cabmin.gov.azAzərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə - Sputnik Azərbaycan
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
© cabmin.gov.azAzərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə - Sputnik Azərbaycan
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə
Xəbər lenti
0